Subaşiç 800 min avroya satılır!
12.11.2008 - 18:53
Subaşiç 800 min avroya satılır!
Bakı - APA-Sport. Almaniya mətbuatında Azərbaycan yığmasında forma geyinən futbolçuların transfer qiymətləri haqda yazı dərc olunub. “APA-Sport”un məlumatına görə, milli komandamızın ən bahalı üzvü Branimir Subaşiçdir. Hazırda vətəni Serbiyada “Srvena Zvezda” klubunun şərəfini qoruyan 26 yaşlı hücumçunun transferi qiyməti 800 min avroya bərabərdir.

Az öncə “Neftçi” klubunun əsas heyətindən əvəzedici komandaya göndərilən ukraynalı Aleksandr Çertoqanovu əldə etmək istəyənlər 450 min avro xərcləməlidirlər. Zədə ucbatından flaqmana kömək edə bilməyən Zaur Tağızadənin transferi qiyməti 400 min, “Olimpik”in qapıçısı Rauf Mehdiyevinki isə 350 min avrodur. Amma nədənsə, siyahıda milli komandanın kapitanı Rəşad Sadıqovun adı yoxdur.

Digər futbolçuların transfer qiymətləri belədir:

Zeynal Zeynalov (“Muğan”, Salyan) - 300 000 avro
Mikayıl Yusifov (“Kartalspor”, Türkiyə) - 250 000 avro
Ernani Pereyra (“Karvan”, Yevlax) - 200 000 avro
Anatoli Ponomaryov (“Degerfors”, İsveç)- 200 000 avro
Ruslan Abbasov (“Neftçi”, Bakı) - 150 000 avro
Saşa Yunisoğlu (“Polonya”, Polşa) - 150 000 avro
Samir Əliyev (“Neftçi”, Bakı) - 150 000 avro
Ruslan Məcidov (klubsuz) - 100 000 avro
Dmitri Kramarenko (“Xəzər-Lənkəran”, Lənkəran) - 100 000 avro
Elnur Allahverdiyev (“Neftçi”, Bakı) - 100 000 avro

Mənbə: www.transfermarkt.de
0