Kara Qəbələyə üç xal dalınca gedir
12.11.2008 - 19:08
Kara Qəbələyə üç xal dalınca gedir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Qəbələ” ilə səfər oyununa Bakıda hazırlaşır. “APA-Sport”un məlumatına görə, lənkəranlılar bu məqsədlə məşq etmək üçün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunu seçib. Son iki turda qələbə üzünə həsrət qalmaq “Xəzər-Lənkəran”ın düşərgəsində ab-havanı pozmayıb. İlk dövrənin son üç turunda qələbə qazanmağı qarşısına məqsəd qoyan baş məşqçi Rasim Karanı “Qəbələ”ni ciddi rəqib hesab edir. 58 yaşlı türkiyəli mütəxəssisin fikrincə, komandasını Qəbələdə ağır sınaq gözləyir. Bununla belə, Kara “Xəzər-Lənkəran”ın səfər üç xal dalınca yollanacağını bəyan edib.


0