Premyer Liqadakı boliviyalılar geri qaytarılır
13.11.2008 - 12:38
Premyer Liqadakı boliviyalılar geri qaytarılır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Boliviyanın “La Pas” klubu bu yay Bakı “İnter”inə transfer olunmuş Auqusto Andaverisi geri qaytarmaq istəyir. “APA-Sport”un məlumatına görə, hazırda 18 futbolçu ilə qalan cənubi amerikalılar digər klublara keçən oyunçularını qaytarmaqda israrlıdırlar.

2009-cu ilin yayında start götürəcək Cənubi Amerika kubokunda layiqli nəticə göstərmək əzmində olan “La Pas” rəhbərliyi “İnter”in boliviyalı hücumçusu ilə yanaşı, Xulio Sezar Kortesə də bel bağlayır. Sezar da Andaveris kimi 3 ay öncə paytaxtımıza təşrif buyurub və hazırda “Standard”ın şərəfini qoruyur. Belə getsə, legionerlərlə bir illik müqavilə bağlayan Bakı klubları gələn ilin yayında cənubi amerikalıları heyətdə saxlamaq baxımından ciddi problemlə üzləşəcəklər.

“La Pas” rəsmiləri bildiriblər ki, futbolçuların müqavilə müddətlərinin başa çatmasını gözləyirlər: “Azərbaycanda çıxış edən futbolçularımızı mayda geri qaytaracağıq. Auqusto Andaveris və Xulio Sezar Kortesin razılaşmaları bitən kimi, komandamıza dönəcəklər. Cənubi Amerika kubokunda bu futbolçuların köməyinə ehtiyacımız var və onların xidmətindən mütləq yararlanacağıq”.

Qeyd edək ki, Andaveris Premyer Liqada keçirdiyi 5 oyunda 3 qol vurub. Kortes isə 3 matçda 1 dəfə fərqlənib.


0