Maradonanın başı yenə qalmaqalda
13.11.2008 - 12:49
Maradonanın başı yenə qalmaqalda
Bakı. Kənan Həsənov - APA-Sport. Bir neçə gün əvvəl Argentina milli komandasına baş məşqçi təyin olunan Dieqo Armando Maradona tutduğu postu tərk etmək təhlükəsi ilə üzləşib. “APA-Sport”un məlumatına görə, buna canlı futbol əfsanəsinin Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Xulio Qrondana ilə fikir ayrılığı səbəb olub.

Maradona köməkçilərindən birinin Oskar Rucceri olmasını istədə də, AFA rəhbəri buna qarşı çıxıb. Qrondana narazılığını “onun sifəti xoşuma gəlmir” deməklə əsaslandırıb.
Dieqo da mövqeyindən çəkilməməkdə israrlıdır.

Qeyd edək ki, Maradonanın Argentina yığmasının baş məşqçisi postunda debütü noyabrın 19-da Şotlandiya ilə yoldaşlıq görüşünə nəzərdə tutulub.
0