Üç oyunun vaxtı dəyişdirildi
13.11.2008 - 12:57
Üç oyunun vaxtı dəyişdirildi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XI turunda keçiriləcək oyunlardan üçünün vaxtı dəyişdirilib. “APA-Sport”un Peşəkar Futbol Liqasının rəsmi İnternet saytına istinadən məlumatına görə, “Neftçi”, “İnter” və “Simurq”un ev oyunları başqa vaxta keçirilib.

Adıçəkilən komandalar rəqiblərini süni işıqlandırma sisteminə malik stadionlarda qəbul edəcəklər. Bu səbəbdən həmin klubların iştirakı ilə keçiriləcək qarşılaşmalar saat 14:00-da deyil, nisbətən gec başlanacaq.

Qeyd edək ki, “Neftçi” - “Karvan” matçı AzTV ilə canlı yayımlanacaq.

15 noyabr, şənbə

14:00. "Qəbələ" - "Xəzər Lənkərən"

Qəbələ. Şəhər stadionu.

14:00. "Turan" - "Standard"
Tovuz. Şəhər stadionu.

16:00. "İnter" - "Qarabağ"
Bakı. "Şəfa" stadionu.

17:15. "Neftçi" - "Karvan"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

16 noyabr, bazar

14:00. "Muğan" - "Olimpik"

Salyan. Şəhər stadionu.

14:00. MOİK - "Bakılı"
Bakı. "Şəfa" stadionu.

18:00. "Simurq" - "Bakı"
Zaqatala. Olimpiya Kompleksinin stadionu.





0