Luçesku Fatih Təkkəni də “Qalatasaray”a gətirir
13.11.2008 - 15:38
Luçesku Fatih Təkkəni də “Qalatasaray”a gətirir
Bakı – APA-Sport. “Qalatasaray” klubunun təklifini qəbul edən Mirça Luçesku Rusiyada top qovan Fatih Təkkənin transfer edilməsini istəyib. “APA-Sport”un Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Cim Bom”un heyətini çox bəyəndiyini vurğulayan rumıniyalı çalışdırıcı bildirib ki, bu heyətlə çempion olmaq mümkündür: “Bu komanda ilə rahatca qızıl medala sahib çıxmaq olar. Amma “Zenit” klubunda çıxış edən Fatih Təkkəni də transfer etsək, super olar”.
Qeyd edək ki, “Zenit” klubunun holland baş məşqçisi Dik Advokatla bir müddət problemi olan Təkkə Rusiyada cari mövsümdə forma geyindiyi 21 görüşdə 7 qol vurub.
0