Azərbaycan futbol yığması Fransa ilə qarşılaşa bilər
13.11.2008 - 15:41
Azərbaycan futbol yığması Fransa ilə qarşılaşa bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 19 yaşlı qızlar arasında Avropa çempionatının ikinci mərhələsinin püşkatması ərəfəsində səbətlərin tərkibi müəyyənləşib. “APA-Sport”un məlumatına görə, noyabrın 19-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycan milli komandası B səbətində yer alacaq.

İkinci mərhələnin oyunları isə aprelin 23-28-də baş tutacaq. Altı qrupun qalibi və autsayderlə oyunun nəticəsi nəzərə alınmamaqla, ən yaxşı qrup ikincisi olan komanda final mərhələsinə vəsiqə qazanacaq. İyulun 13-dən 25-dək Belarusda keçiriləcək final mərhələsinin ev sahibləri isə təşkilatçı kimi yarışa birbaşa qatılacaq.


Səbətlərin tərkibi

A: Almaniya, Fransa, İtaliya, Macarıstan, Avstriya, İsveç.
B: İrlandiya, Azərbaycan, İspaniya, Hollandiya, Norveç, Danimarka.
C: İsveçrə, İngiltərə, Belçika, Rusiya, Polşa, Uels,
D: Ukrayna, Finlandiya, Rumıniya, İslandiya, Slovakiya, Portuqaliya.

Qeyd edək ki, Nyonda baş tutacaq püşkatma saat 13:00-da başlayacaq.


0