Platini Ukrayna və Polşanı hədələdi
13.11.2008 - 15:43
Platini Ukrayna və Polşanı hədələdi
Bakı. Kənan Həsənov - APA-Sport. Ukrayna və Polşa 2012-ci ildə keçiriləcək Avropa çempionatının təşkilatçılıq hüququndan məhrum edilə bilər. “APA-Sport”un məlumatına görə, bu haqda UEFA prezidenti Mişel Platini açıqlama verib.

“Kiyev və Varşavada stadionlar inşa olunmasa, orada Avropa çempionatı keçirilməyəcək. Ukrayna ilə Polşada bunu yaxşı bilirlər” - deyə Platini bildirib.

UEFA prezidenti tələblər yerinə yetirilməyəcəyi halda, təşkilatçılıq hüququna yiyələnəcək ölkələri müəyyənləşdirmək üçün yeni müsabiqə keçirəcəklərini də vurğulayıb.
0