Milli komanda Zaqatalaya gedir
13.11.2008 - 18:06
Milli komanda Zaqatalaya gedir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası növbəti təlim-məşq toplanışını keçirəcək. “APA-Sport”un AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri bu dəfə Zaqatalada hazırlıq keçəcək. Noyabrın 20-dən 27-dək davam edəcək bu toplanış Lippertli yığmamızın ilk Zaqatala səfəri olacaq. Belə ki, indiyədək almaniyalı yetirmələri Bakıda və ölkə xaricində hazırlıq keçirdi.
Qeyd edək ki, Zaqatala toplanışı milli komandamızın Avropa çempionatının yazda baş tutacaq ikinci seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
0