Milli komandanın futbolçularına qida qadağası
13.11.2008 - 18:44
Milli komandanın futbolçularına qida qadağası
Bakı. Mehman Süleymanov - APA-Sport. İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello islahatlarını davam etdirir. “APA-Sport”un məlumatına görə, bu dəfə qidalanma ilə bağlı islahat aparan italyan mütəxəssis yığmanın futbolçularına Böyük Britaniyada populyar menyu sayılan tomat ketçupu və çipsi yeməyi qadağa edib. Pəhrizin futbolçuların sağlamlığından böyük rol oynamasına əmin olan Kapellonun fikrincə, cari seçmə mərhələdə uğurlu çıxış qidaya diqqət yetirməkdən birbaşa asılıdır.

Qeyd edək ki, Kapello bunadək yığmanın futbolçularının təlim-məşq toplanışı zamanı xanımları ilə əyləncə məkanına getməsinə qadağa qoyub.


0