Petrjela: “Başımda hər şeyin qaydasına düşməsi üçün vaxt lazımdır”
13.11.2008 - 19:06
Petrjela: “Başımda hər şeyin qaydasına düşməsi üçün  vaxt lazımdır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “İndi özümü yaxşı hiss edirəm. Ancaq başımda hər şeyin yerini tapması üçün hələ vaxt lazımdır”. “APA-Sport”un məlumatına görə, bunu “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

İki aydan artıqdır Praqada ruhi əsəb xəstəxanada müalicə kursu keçən 55 yaşlı çexiyalı mütəxəssis nə vaxta qədər orada qalacağını bilmir: “Müalicəmin nə qədər çəkəcəyini yalnız Allah bilir. Halbuki, həkimlər mənə konkret üç ay vaxt qoyub. Yəni, yanvarın ilk yarısında evimdə olmalıyam. Digər xəstələrin gətirdiyi qəzetləri oxuyuram. Onların xəstəxanadan çıxmaq imkanı var. Televizorum da var və futbol olanda həmişə izləyirəm. Əlbəttə, gələcək planlarımda futbol da yer alıb. Futbola qayıtmağı çox istəyirəm”.

Qeyd edək ki, Petrjela “Neftçi”də dörd ay baş məşqçi işləyib.


0