Sissoko yerində, Kramarenko geriyə addımlayır
14.11.2008 - 11:46
Sissoko yerində, Kramarenko geriyə addımlayır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya qapıçılarının ən uzun quru seriyalarının siyahısını açıqlayıb. “APA-Sport”un məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən 9 qapıçının 13 nəticəsi də ən azı ardıcıl 660 dəqiqə qol buraxmayanlar sırasındadır. Dünyanın ən uzun 412 seriyası arasında 19-cu olan Nizami Sadıqov, həmçinin Xalidu Sissokonun iki göstərici, Elxan Həsənovla Camaləddin Əliyevin mövqeyi siyahıda toxunulmaz qalıb. Dmitri Kramarenkonun hər iki nəticəsi isə iki addım geriləyib. Daha 4 qapıçımız 4, ikisi isə 6 pillə aşağı düşüb.

19 (19). Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
48 (48). Xalidu Sissoko (“Bakı”) - 985
51 (51). Xalidu Sissoko (“Bakı”) - 971
55 (55). Camaləddin Əliyev (“Qarabağ”) - 958
60 (60). Elxan Həsənov (“Neftçi”) - 943
146 (144). Dmitri Kramarenko (“Karvan”) - 798
177 (175). Dmitri Kramarenko (“Neftçi”) - 772
213 (209). Rauf Mehdiyev (“Olimpik”) - 746
218 (214). Elşən Poladov (“Bakı”) - 744
222 (218). Nadir Şükürov (“Dinamo”) - 741
236 (232). Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
315 (309). Camaləddin Əliyev (“Qarabağ”) - 700
371 (365). Rauf Mehdiyev (“Olimpik”) - 676


0