“Fənərbaxça” rəsmisi oğluna Fənərbaxça adı qoydu
14.11.2008 - 12:03
“Fənərbaxça” rəsmisi oğluna Fənərbaxça adı qoydu
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyədə maraqlı hadisə qeydə alınıb. “APA-Sport”un məlumatına görə, “Fənərbaxça” klubunun rəsmilərindən olan Fərid Fıratın ad seçimi hər kəsin təəccübünə səbəb olub.

Belə ki, Fırat oğlunun adını sevdiyi klubun şərəfinə Fənərbaxça qoyub. Həyat yoldaşının buna qarşı çıxdığını deyən Fırat, digər əngəllərlə üzləşdiyini də etiraf edib: “Bu məsələ təxminən bir il vaxt apardı. Amma sonda mən deyən oldu. Artıq oğlumun adı sənədlərlə Fənərbaxçadır”.
0