“İnter” - “Qarabağ”: yenə 1:0?
14.11.2008 - 12:05
“İnter” - “Qarabağ”: yenə 1:0?
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan Premyer Liqasında XI turun oyunlarına start veriləcək. “APA-Sport”un məlumatına görə, komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, turun mərkəzi görüşü Zaqatalada baş tutacaq. “Simurq”un qonaq edəcəyi “Bakı” ilə xalları bərabər olsa da, topların fərqinə görə rəqibindən geri qalır. Bu komandaların indiyədək dörd görüşündən üçü heç-heçə başa çatıb. Özü də “Simurq”un meydanında keçirilən matçlarda qolsuz bərabərlik qeydə alınıb.

Turun Bakıda keçiriləcək üç matçı da maraq kəsb edir. Futbolçu karyerası dövründə bir yerdə çıxış etmiş Yunis Hüseynovla Qurban Qurbanov keçmiş komandalarını sınağa çəkəcək. “Karvan”ı çalışdıran Hüseynov vaxtilə kapitan sarğısını daşıdığı “Neftçi”, “Qarabağ”ın sükanı arxasında olan Qurbanov isə futbolçu karyerasını başa vurduğu, sonradan idman direktoru kimi çalışdığı “İnter”lə görüşəcək. Hər iki yerli mütəxəssis səfərdə əcnəbi həmkarları ilə qarşılaşacaq ki, alman Hans-Yurgen Gede “Neftçi”ni turnir cədvəlində ağır vəziyyətdən çıxartmağa, ukraynalı Valentin Xodukin isə “İnter”in liderliyini qorumağa çalışır. “Neftçi” ilə “Standard”ın baş məşqçisi kimi də görüşən Hüseynov heç vaxt sabiq klubunu yenməyib.

Ümumiyyətlə, “Karvan” “Neftçi” ilə indiyədək keçirdiyi 8 oyunda qələbə üzünə həsrət qalıb. “Qarabağ” isə “İnter” üzərində sonuncu qələbəsini üç il öncə qazanıb. Maraqlıdır ki, bu komandalar arasında çempionatda son dörd oyun bir qayda olaraq “İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bakıda keçiriləcək digər matç, MOİK – “Bakılı” görüşü isə Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparanların qarşıdurması baxımından maraq doğurur.

15 noyabr

14:00. “Qəbələ” – “Xəzər-Lənkəran”

Qəbələ. Şəhər stadionu. Baş hakim: Zöhrab Qədiyev

14:00. “Turan” – “Standard”
Tovuz. Şəhər stadionu. Baş hakim: Rövşən Əhmədov

16:00. “İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Babək Quliyev

17:15. “Neftçi” – “Karvan”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Fariz Yusifov

16 noyabr

14:00. “Muğan” – “Olimpik”

Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Vüsal Əliyev

14:00. MOİK – “Bakılı”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Anar Salmanov

18:00. “Simurq” – “Bakı”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Anar Niyazov

komandalar

o

q

h

m

t

x

1

İnter

10

7

3

0

21-6

24

2

Bakı

10

7

2

1

19-4

23

3

Simurq

10

7

2

1

14-5

23

4

Karvan

10

7

1

2

15-6

22

5

Xəzər-Lənkəran

10

7

1

2

20-7

22

6

Qarabağ

10

5

2

3

12-11

17

7

Olimpik

10

4

4

2

11-8

16

8

Standard

10

3

2

5

7-12

11

9

Neftçi

10

2

4

4

8-8

10

10

Qəbələ

10

3

1

6

13-13

10

11

Bakılı

10

1

2

7

8-25

5

12

Muğan

9

1

1

7

8-17

4

13

MOİK

9

1

0

8

2-19

3

14

Turan

10

0

3

7

3-20

3



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9, Amiran Muciri (“Bakı”) – 7
0