“Neftçi”də braziliyalı müdafiəçi
14.11.2008 - 12:40
“Neftçi”də braziliyalı müdafiəçi
Milli komandasından dəvət alan moldovalı Valeri Andronik artıq ölkəmizi tərk edib və gələn həftə Estoniyada mini-turnirə qatılacaq. Rusiyalı Andrey Salnikovla türk Uğur Yıldırım da ölkəmizi tərk etməyə hazırlaşır.

Kapitan Zaur Tağızadənin uzun müddətə sıradan çıxmasından sonra sağ cinah yarımmüdafiəçisi axtarışında olan “Neftçi” Hollandiya yığmasında çıxış etmiş Uğur Yıldırımı böyük ümidlə düşərgəyə çağırmışdı. Amma baxışa gələnləri yola salan flaqman kimləri transfer edəcəyini müəyyənləşdirməyə tələsmir. Məsələ ondadır ki, hücumçu, oyun qurucusu, sağ cinah yarımmüdafiəçisi, müdafiəçi axtarışında olan Gede başqa futbolçuları da sınaqdan keçirmək istəyir. Alman çalışdırıcı bütün yeni oyunçuları sınadıqdan sonra hansının daha güclü olduğunu müəyyənləşdirib, son qərarını verəcək.




0