Superliqada ən bahalı futbolçu kimdir?
14.11.2008 - 13:41
Superliqada ən bahalı futbolçu kimdir?
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə Superliqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb. “APA-Sport”un məlumatına görə, milli komandanın və “Qalatasaray” klubunun üzvü Arda Turan ən dəyərli futbolçu ünvanına sahib çıxıb.

21 yaşlı futbolçunun transfer qiyməti 15 milyon avroya bərabərdir. Ardanı 14 milyon avro ilə “Fənərbaxça”lılar, Daniel Quiza və Aleks de Souza izləyirlər. Portuqaliya yığmasının və “Qalatasaray”ın müdafiəçisi Fernando Meyra 10 milyon avro transfer qiyməti ilə üçüncü olub.

Qeyd edək ki, dəyərləndirmə Superliqada çıxış edən 496 futbolçu arasında aparılıb.
0