Azarkeşlərə pul atdı və cəzalandı
14.11.2008 - 15:28
Azarkeşlərə pul atdı və cəzalandı
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin “Çelsi” klubunun rəhbərliyi Didye Droqbanı 160 min funt sterlinq məbləğində cəzalandırıb. “APA-Sport”un məlumatına görə, buna təcrübəli hücumçunun Liqa kuboku çərçivəsində “Barnli” klubu ilə görüşdə (1:1) idmançıya yaraşmayan davranışı səbəb olub.

Hesabı açan Droqba sevincini künc bayrağına tərəf qaçaraq büruzə verərkən rəqib komandanın azarkeşləri ona dəmir pullar atıblar. Buna dözməyən futbolçu isə pulları yığaraq azarkeşlərə tərəf tullayıb və onlara orta barmağını göstərib.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasının bu hərəkəti ucbatından Droqbanı üç oyunluq cəzalandıracağı gözlənilir.
0