Azərbaycan çempionatında 10 ən bahalı futbolçu
14.11.2008 - 15:49
Azərbaycan çempionatında 10 ən bahalı futbolçu
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasında oynayan ən bahalı 10 futbolçunun adı müəyyənləşib. “APA-Sport”un Almaniya mətbuatına istinadən məlumatına görə, ölkə çempionatında ən yüksək transfer qiymətinə malik futbolçu “Xəzər-Lənkəran”ın şərəfini qoruyur.

Bu, yayda Türkiyə “Sivasspor”undan Lənkərana təmsilçisinə keçmiş Devran Ayhandır. Azərbaycana əsgərlik probleminin həlli üçün gələn 30 yaşlı yarımmüdafiəçini almaq istəyən komanda 1,8 milyon avro xərcləməlidir.

Maraqlıdır ki, ən bahalı futbolçularla bağlı ilk “onluq”da yer alanların hamısı əcnəbilərdir. Azərbaycanlı oyunçulardan ən dəyərlisi “Neftçi”də çıxış edən Zaur Tağızadə sayılıb - 400 min avro. Onun həmklubu, eləcə də yığmanın kapitanı, 2006-cı və 2007-ci illərdə ölkəmizin ən yaxşı futbolçusu seçilmiş Rəşad Sadıqovun adına isə siyahıda rast gəlmək qeyri-mümkündür.

 

Adı, soyadı

Ölkəsi

Oynadığı klub

Transfer qiyməti
(avro ilə)

1.

Devran Ayhan

Türkiyə

“Xəzər-Lənkəran”

1 800 000

2.

Suat Usta

Türkiyə

“Neftçi”

1 000 000

3.

Vilson Junior

Braziliya

“İnter”

700 000

4.

Georgi Demetradze

Gürcüstan

“Bakı”

600 000

5.

Əli Cansun

Türkiyə

“Neftçi”

500 000

6.

Artim Şakiri

Makedoniya

“Qarabağ”

500 000

7.

Draqan Naçevski

Makedoniya

“Bakı”

500 000

8.

Andrey Rubin

Latviya

“İnter”

450 000

9.

Aleksandr Çertoqanov

Ukrayna

“Neftçi”

450 000

10.

Aleksandr Tomaş

Bolqarıstan

“Bakı”

425 000



mənbə: www.transfermarkt.de
0