Milli komandamızın heyəti açıqlandı
14.11.2008 - 16:20
Milli komandamızın heyəti açıqlandı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının (U-21) heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, noyabrın 16-dan 18-dək davam edəcək toplanışda 19 futbolçu iştirak edəcək. Almaniyalı mütəxəssis Bernard Lippert milli komandaya çağırdığı oyunçulardan Osman Umarov (“Qarabağ”), Eşqin Quliyev (“Neftçi”), Nodar Məmmədov (MOİK) və Rahid Əmirquliyevi (“Xəzər-Lənkəran”) də U-21-ə dəvət edib. Onlardan başqa Səlahət Ağayev, Natiq Kərimi, Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov, Timur İsrafilov, Emin Ağaməmmədli, Fərid Həşimzadə, Elşən Hacıyev, Anar Qasımov, Şəhriyar Rəhimov, Vurğun Hüseynov, Tagim Novruzov, Tural Nərimanov, Bəxtiyar Soltanov da gənclər yığmasına çağırılıb.
Qeyd edək ki, U-21 noyabrın 18-i saat 15:00-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda “Bakı” ilə yoxlama oyunu keçirəcək.


0