Mahmud Qurbanov “İnter”dən ayrılır
14.11.2008 - 17:09
Mahmud Qurbanov “İnter”dən ayrılır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Yığmaya çağırılmayacağımı gözləyirdim. Çünki çıxış etdiyim “İnter” klubunda son vaxtlar oynamıram və bu səbəbdən milliyə dəvət edilməməyimdə təəccüblü bir şey yoxdur”. Bu sözləri “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun Albaniya ilə noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununa çağırmadığı 35 yaşlı futbolçu heyətdən kənar qalmasını normal qarşılayıb: “Milliyə düşmək üçün daim oynamaq lazımdır. İndi yığmaya oynayan, gənc, perspektivli futbolçular çağırılır. Mənim üçün də millidə forma geyinmək həmişə şərəf olub. Yenidən əsas komandaya qayıtmaq üçün çalışacağam. Bunun üçün oynamaq lazımdır. “İnter”də isə bu, alınmır”.

Qurbanov, həmçinin bildirib ki, yığma karyerasını bitirmək fikrində deyil. Əksinə Mahmud milliyə qayıtmaq üçün klubunu dəyişməyə də hazırdır: “İnter”lə müqaviləm dekabrda bitir. Yalnız ondan sonra nə edəcəyimlə bağlı qərar verəcəyəm. Amma klubdakı durumuma görə yığmadan kənarlaşdırılmağımdan belə çıxır ki, milliyə qayıtmaq üçün klubumu dəyişməliyəm”.
0