Əmrənin toyu 2009-cu ildə olacaq
14.11.2008 - 17:21
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının kapitanı Əmrə Bələzoğlunun toyu nəzərdə tutulan tarixdə baş tutmayacaq. “APA-Sport”un məlumatına görə, 28 yaşlı futbolçu dekabrın 28-də keçirilməsi nəzərdə tutulan mərasimi təxirə salıb.
22 yaşlı universitet tələbəsi Tuğba Gürevinlə nişanlı olan Əmrə təbrikləri 2009-cu il yanvarın 2-də qəbul etməyi qərara alıb. Hazırda toyla bağlı bütün təşkilati məsələlərlə Tuğba məşğul olur. Çünki “Fənərbaxça” klubunun şərəfini qoruyan Bələzoğlu bu işlərə vaxt ayıra bilmir.

0
0