İki stadion, üç məşq
14.11.2008 - 17:25
İki stadion, üç məşq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandası Albaniya ilə noyabrın 19-da Bakıdakı yoldaşlıq görüşünə iki stadionda hazırlaşacaq. AFFA-dan “APA-Sport”a verilən məlumata görə, yığmamızın baş məşqçisi Berti Foqts komandanı albanlarla oyuna hazırlaşdırmaq üç məşq prosesi təyin edib. Noyabrın 17-də və 18-də saat 15:30-da məşqlər Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Milli komandamız Albaniya ilə görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda noyabrın 18-də 10:30-da məşqə çıxacaq. Həmin gün mərkəzi arenada günün ikinci yarısında albanlar hazırlıq keçəcək.
Qeyd edək ki, milli komandamız albanlarla görüşə hazırlıq məqsədilə noyabrın 17-də 15:00-da “Park İnn” otelində bir araya gələcək.
0