Futbol dünyasının ən varlı simaları
14.11.2008 - 18:44
Futbol dünyasının ən varlı simaları
Bakı - APA-Sport. Nüfuzlu “Forbes” jurnalı futbol dünyasının ən varlı şəxslərinin reytinq cədvəlini açıqlayıb. “APA-Sport”un məlumatına görə, siyahıya Rusiyanın “Kuban” klubunun prezidenti Oleq Deripaska başçılıq edir. Onun ən yaxın izləyicisi son aylarda maliyyə böhranı ucbatından 20 milyard dollar itirən Roman Abramoviçdir.

Maraqlıdır ki, Ukrayna “Şaxtyor”unun prezidenti Rinat Axmetovun adı ilk “onluq”da belə yoxdur. Halbuki, o, bu ilin iyununda 31,1 milyard dollarlıq varidatla Avropanın ən zəngin şəxsi seçilmişdi. Bu dəfə 7,3 milyard dollarlıq varidata malik Axmetov siyahının ikinci “onluğ”unda qərarlaşıb.

“Forbes” jurnalının tərtib etdiyi siyahıda ilk “onluq” belədir:

1. Oleq Deripaska (“Kuban”, Rusiya) – 28 milyard dollar
2. Roman Abramoviç (“Çelsi”, İngiltərə) - 23,5
3. Lakşmi Mittal (“Kuins Park Reyncers”, İngiltərə) - 20,5
4. Amanito Orteqa (“Deportivo”, İspaniya) - 20,2
5. Pol Allen (“Settl Saunders”, ABŞ) - 17
6. Fransua Pino (“Renn”, Fransa) - 16,9
7. Silvio Berluskoni (“Milan”, İtaliya) - 9,4
8. Alişer Usmanov (“Arsenal”, İngiltərə) - 9,3
9. Filip Anşuts (“Los Anceles Qalaksi”) – 8
10. Con Fredriksen (“Valerenga”, Norveç) - 8





0