Quluzadə: “Baş məşqçimiz Qurbanovu bəyənsə...”
14.11.2008 - 19:38
Quluzadə: “Baş məşqçimiz Qurbanovu bəyənsə...”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Mahmud Qurbanov yaxşı oyunçudur. Amma bu, o demək deyil ki, komandasından ayrılacaq hər futbolçunun adı “Neftçi” ilə yanaşı hallanmalıdır”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib. Cari mövsüm uğursuz çıxış edən və bu səbəbdən qış transfer dövründən maksimum yararlanacağı gözlənilən flaqmanın rəsmisi Mahmud Qurbanovun komandaya keçmək variantına qiymət vermək istəmir. Quluzadənin sözlərinə görə, “İnter”də heyətə düşmədiyi üçün komandadan ayrılmaq istəyən yarımmüdafiəçinin “Neftçi”yə lazım olub-olmadığını zaman göstərəcək: “Mahmud əvvəllər tək “Neftçi”də oynamayıb ki... Lənkəranda da, Gəncədə də çıxış edib. Həm də onun “İnter”dən ayrılmaq fikrinin olduğunu indi eşidirəm. Gərək baş məşqçimiz futbolçunu bəyənsin ki, biz də onu gətirək. Bizdə heyətlə bağlı məsələlərə Hans-Yurgen Gedenin özü məşğul olur”.





0