2008-ci ilin ən yaxşıları...
14.11.2008 - 19:46
2008-ci ilin ən yaxşıları...
Bakı - APA-Sport. Noyabrın 25-də Çinin Şanxay şəhərində Asiyanın ən yaxşılarının adları açıqlanacaq. “APA-Sport”un məlumatına görə, müxtəlif nominasiyalar üzrə 2008-ci ilin futbolçusu, məşqçisi, klubu və milli komandası namizədlər arasından seçiləcək.

Qitənin ən yaxşıları adına namizədlər sırasında Sebastyan Soriə (“Qətər”, Qətər), İsmayıl Matar (“Əl-Vəhdə”, BƏƏ), Server Ceparov (“Bunedkor”, Özbəkistan), Yudji Nakazava ("İokoqama Marinos", Yaponiya) və Esuxito Endo ("Qamba Osaka", Yaponiya) yer alıb.

Ən yaxşı baş məşqçi adına isə üç iddiaçı var. Aurelio Vidmar (“Adelaida Yunayted”, Avstraliya), Akira Nişino ("Qamba Osaka", Yaponiya) və Hüseyn Şəms (İran, futzal) bu ada layiq görülməyin bir addımlığındadır.

"Bunedkor" (Özbəkistan), "Adelaida Yunayted" (Avstraliya), "Qamba Osaka" və "Urava Reds" (hər ikisi Yaponiya) ilin ən yaxşı klubu, Avstraliya, Yaponiya, və Səudiyyə Ərəbistanı isə 2008-ci ilin ən yaxşı yığma komandası adına namizəddir.
0