Qol.az fəaliyyətə başladı
17.11.2008 - 10:31
Qol.az fəaliyyətə başladı
Bakı – APA-Sport. “525-ci qəzet” 16 yaşının tamam olduğu gün – noyabrın 17-də oxuculara yeni layihə təqdim edib. Qol.Az adlı bu sayt Azərbaycanın ilk İnternet-futbol qəzetidir. “APA-Sport”un məlumatına görə, sayt Azərbaycan futbolunda baş verən hadisələri online rejimdə işıqlandıracaq, Azərbaycan və dünya futbolunun tanınmış simaları ilə müsahibələr yayımlayacaq, futboldakı problemlərin həlli üçün yazılar dərc edəcək.
Layihənin rəhbəri Mirhacib Məcid, redaktoru Aydın Bağırovdur.
Hələlik yalnız Azərbaycan dilində yayımlanan sayt yaxın zamanlarda rus dilində də oxucuların görüşünə gələcək.





0