AFFA-nın baş katibi “Sampdoriya” – “Ştutqart” görüşündə UEFA nümayəndəsi olacaq
17.11.2008 - 11:16
AFFA-nın baş katibi “Sampdoriya” – “Ştutqart” görüşündə UEFA nümayəndəsi olacaq
Bakı – APA-Sport. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. Assosiasiyanın İnformasiya və ictimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport”a verilən məlumata görə, noyabrın 27-də UEFA kuboku çərçivəsində İtaliyanın “Sampdoriya” və Almaniyanın “Ştutqart” klubları arasında “Luici Ferrari” stadionunda keçiriləcək qarşılaşmanın UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.





0