Kamran Ağayevin anası dünyasını dəyişib
17.11.2008 - 12:04
Kamran Ağayevin anası dünyasını dəyişib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yığmamızın heyətində dəyişiklik edib. “APA-Sport”un AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, noyabrın 19-da Albaniya ilə keçiriləcək yoldaşlıq oyununa dəvət olunan Kamran Ağayevi “Neftçi”nin qapıçısı Anar Nəzirov əvəzləyib. Dəyişikliyə səbəb millinin əsas qapıçısı olan Ağayevin anasının vəfat etməsi olub.
Qeyd edək ki, Nəzirov ötən həftə keçirilən toplanışda yığmanın düşərgəsində olsa da, Albaniya ilə qarşılaşmaya dəvət almamışdı.
0