Ukrayna yığmasının futbolçusu: “Azərbaycanlıların qonaqpərvərliyini unuda bilmərəm”
17.11.2008 - 14:57
Ukrayna yığmasının futbolçusu: “Azərbaycanlıların qonaqpərvərliyini unuda bilmərəm”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycanda “Qarabağ” klubunda çıxış etsək də, müharibə şəraitinin, döyüşlərin bizə aidiyyatı yox idi. Çünki komanda Ağdamı təmsil etsə də, daim Bakıda məskunlaşırdı”. “APA-Sport”un məlumatına görə, bunu Ukrayna yığmasının futbolçusu, qışda Kiyevin “Dinamo” klubuna transfer olunacaq Sergey Kravçenko deyib. Hazırda vətənində Poltavanın “Vorskla” klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi 2005/06 mövsümünün ilk yarısında “Qarabağ”ın (12 oyun, 3 qol) şərəfini qoruyub. Donetsk futbol məktəbinin yeriməsi olan Kravçenko Bakını hələ də unutmayıb: “Mənə “Şaxtyor”da bir əvəzedici futbolçu kimi müqaviləni uzatmaq təklif edilmədi. “Şaxtyor-2”də həmyerlim Denis Sokolovski ilk olaraq “Qarabağ”a yollandı. Yaşca özümdən böyük olan bu futbolçu orada oynadıqdan sonda mən də Azərbaycana getdim. “Qarabağ”ın bazasının yer aldığı Bakı çox xoşuma gəldi. Orada yarım il keçirsəm də, nə insanlarının qonaqpərvərliyini, nə də Xəzər dənizini unuda bilərəm”.
Qeyd edək ki, Kravçenko Bakıya yoldaşlıq görüşünə gələn Albaniya yığmasının yarımmüdafiəçiləri Debatik Kurri və Armend Dallku ilə “Vorskla”da bir yerdə çıxış edir.
0