Arda Turan: “İki aydır normal yata bilmirdim”
17.11.2008 - 15:06
Arda Turan: “İki aydır normal yata bilmirdim”
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan xəstəxanadan evə buraxılıb. “APA-Sport”un məlumatına görə, ötən gün ürəyində problem yaranması səbəbindən müalicə edilən 21 yaşlı futbolçu sağlıq durumunun qaydasında olduğunu deyib.

“Ciddi problemim yoxdur. Özümü çox yaxşı hiss edirəm. Sadəcə, stresslə bağlı bu vəziyyət yarandı. Təxminən iki aydır normal yata bilmirdim. Bir-iki gün ərzində tam toparlanacağam” – deyə Arda bildirib.

Turan “İstanbul Böyükşəhər Bələdiyyəsi” klubu ilə oyunda yaşananları belə izah edib: “Həm hücuma, həm də müdafiəyə dəstək verincə halım pisləşdi. Həmin anda meydandan çıxmaq istədim. Amma geydiyim forma mənim üçün çox dəyərlidir. Oyunda qalsam da, davam edə bilməyəcəyimi anladım”.

Üzləşdiyi problem ucbatından Türkiyə yığmasının heyətindən kənarlaşdırılan futbolçu fikrini “Məğlub olarkən küçəyə çıxmağa çəkinirik. Çünki normal istirahət etməyə bilə imkan vermirlər. Mən çox duyğusal insanam. Haqqımızda olmayan şeylər yazılır. Spirtli içkilər qəbul edib, siqaret çəkdiyim haqda yalan xəbərlər yayırlar. Artıq belə münasibəti dəyişmək lazımdır” sözləri ilə tamamlayıb.
0