Ərtoğrul Sağlam Azərbaycan yığmasında?
17.11.2008 - 17:56
Ərtoğrul Sağlam Azərbaycan yığmasında?
Bakı. APA-Sport. İstanbulun “Beşiktaş” klubunun sabiq baş məşqçisi Ərtoğrul Sağlam Azərbaycanda çalışmaq təklifi alıb. Türkiyə mətbuatının yazdığına inansaq, AFFA rəhbərliyi az öncə “qara-qartallar”ın sükanı arxasından qovulan çalışdırıcısı ilə maraqlanıb.

Xəbərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəhbərliyinin Sağlama rəsmi təklif göndərdiyi qeyd olunsa da, onun əsas, yoxsa aşağı yaş qruplarından ibarət yığmaya gətiriləcəyi yazılmayıb: “Azərbaycan Futbol federasiyaları Assosiasiyası Ərtoğrul Sağlama rəsmi təklif göndərib”. Məlumatda, həmçinin vurğulanır ki, Azərbaycanla yanaşı, Suriyadan da təklif alan Sağlam dəvətlərdən vaz keçib və qərarını Fransa klublarından birində çalışmaq istəyilə izah edib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə “APA-Sport”a açıqlamasında Sağlama rəsmi təklif göndərilməsi xəbərini təkzib edib: “AFFA Sağlama rəsmi sürətdə heç bir təklif göndərməyib. Bu, ancaq və ancaq dezinformasiyadır”

http://www.turkiyegazetesi.com.tr/haberdetay.aspx?haberid=390923
0