Mançini ən yaxşı məşqçi seçildi
17.11.2008 - 19:23
Mançini ən yaxşı məşqçi seçildi
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliya A seriyasının 2007/08 mövsümünün ən yaxşı məşqçisinin adı açıqlanıb. “APA-Sport”un məlumatına görə, klubların baş məşqçiləri arasında keçirilən səsvermədə “İnter”in sabiq çalışdırıcısı Roberto Mançini birinci yeri tutub.

2004-cü ildə “İnter”də fəaliyyətə başlayan Mançini komandasına ardıcıl üç mövsüm A seriyasının qızıl medalını qazandırıb. Milanlılar, həmçinin onun rəhbərliyi altında İtaliya kubokuna sahib çıxıblar. Bununla belə, komandanın Çempionlar Liqasında uğur qazana bilməməsini əsas gətirən rəhbərlik Mançinini mövsüm başa çatan kimi istefaya göndərib. Onun boşaltdığı post isə portuqaliyalı mütəxəssis Joze Mourinyoya tapşırılıb.
0