Azərbaycan – Albaniya: şanslar bərabərdir
18.11.2008 - 11:24
Azərbaycan – Albaniya: şanslar bərabərdir
Bakı - APA-Sport. Dünyanın məşhur bukmeyker kontorları sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya matçına pul qoyuluşları təşkil ediblər. “APA-Sport”un məlumatına görə, yoldaşlıq görüşündə tərəflərin şansı demək olar, bərabər göstərilib.

Milli komandamızın qələbəsinə üstünlük verənlər qoyduqları pulun 2,6 mislini qazana bilərlər. Elə rəqib komandanın da qalibiyyəti də eyni əmsalla qiymətləndirilib. Heç-heçə variantını seçənlər 3,2 dəfə çox pul qazanmaq imkanına malikdirlər. Bununla yanaşı, bəzi kontorlarda Azərbaycanın, bəzilərində isə Albaniyanın qələbə şansları cüzi fərqlə çox dəyərləndirilib.





0