Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
21.10.2024 - 14:32
Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər

Bundesliqa təmsilçilərindən "Borussiya Dortmund"un baş məşqçisi Nuri Şahin "Real Madrid"lə matçdan əvvəl verdiyi qərarla gündəmə gəlib.

Apasport.az "Bild"ə istinadla xəbər verir ki, Almaniya klubu "Santyaqo Bernabeu"da məşq etməməyə qərar verib.

Dortmund Almaniyadakı son məşqindən sonra İspaniyaya yollanacaq və birbaşa matça çıxacaq.

İddialara görə, türkiyəli çalışdırıcı "Real Madrid"in casuslarının məşqi izləyəcəyindən və Karlo Ançelottiyə hesabat verəcəyindən narahat olduğu üçün bu qərarı verib.

Dortmundlular bu gün son məşqini edib Almaniyadan Madridə yola düşəcək.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Real Madrid" Dortmund təmsilçisini qəbul edəcək. Matç 22 oktyabr saat 23:00-da start götürəcək. 

0