Premyer Liqanın 4 klubu cəzalandı
18.11.2008 - 13:38
Premyer Liqanın 4 klubu cəzalandı
Bakı. Vüqar Xeyrullayev - APA-Srort. AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport”un məlumatına görə, NİK Premyer Liqanın 4 klubunu cəzalandırıb.

XI turda keçirilən "İnter" - "Qarabağ" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bakılılar 1000 manat cərimə olunub.

"Simurq" - "Bakı" görüşü başa çatdıqdan sonra azarkeşlər tərəfindən meydançaya kənar əşyanın atılması meydan sahiblərinin 2000 manat cərimələnməsinə səbəb olub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinə görə “Qəbələ” 1000, "Bakı" 100 manat cərimələnib. Birinci divizion təmsilçilərindən "Spartak"la ABN 100, "Qafqaz Universiteti" 200 manat cərimələnib.
0