Azarkeşlər avtobus qaçırdılar
18.11.2008 - 17:27
Azarkeşlər avtobus qaçırdılar
Bakı. Kənan Həsənov - APA-Sport. Argentinada maraqlı hadisə baş verib. “APA-Sport”un məlumatına görə, ölkənin ən tanınmış klublarından olan “River Pleyt”in azarkeşləri avtobus qaçırıblar. Fanatlar bu cinayəti məqsədli şəkildə ediblər. Belə ki, onlar avtobusu sevimli komandalarının “İndependyente” ilə səfər matçına vaxtında çatmaq üçün ələ keçiriblər.

“River Pleyt” azarkeşləri bununla kifayətlənməyərək, iki mağazanı da qarət ediblər. Ancaq futbol həvəskarlarının komandalarını stadiondan dəstəkləmək istəyi baş tutmayıb. Hadisədən xəbər tutan polislər 25-i azyaşlı olmaqla, 60 azarkeşi həbs edib. Sonradan onlardan 53 nəfəri ifadələri alınaraq, azadlığa buraxılıb.
0