Üç oyun canlı yayımlana bilər
18.11.2008 - 17:33
Üç oyun canlı yayımlana bilər
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının qarşıdakı turunda üç oyun canlı yayımlana bilər. Peşəkar Futbol Liqasından “APA-Sport”a verilən məlumata görə, XII tur çərçivəsində noyabrın 22-də saat 14:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Turan” oyunu Az.TV ilə canlı yayımlanacaq. Kanal rəhbərliyi bazar günü baş tutacaq “Xəzər-Lənkəran” – “Qarabağ” və “Bakılı” – “Neftçi” görüşlərindən birinin yayımı ilə bağlı danışıqlar aparır. Ancaq hər iki matçın göstərilməsi də mümkündür. Bu məsələyə sabah aydınlıq gələcək.
Qeyd edək ki, cari mövsümdə Lənkərandan iki görüş canlı yayımlanıb. Bunlar “Xəzər-Lənkəran”ın “Neftçi” və “İnter”lə ev oyunlarıdır.
0