Yığmamız “Bakı”ya qalib gəldi
18.11.2008 - 17:49
Yığmamız “Bakı”ya qalib gəldi
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün Azərbaycan olimpiya yığma komandası “Bakı” ilə yoldaşlıq görüşü keçirib. “APA-Sport”un məlumatına görə, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən matç yığmamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Alman mütəxəssis Bernard Lippertin çalışdırdığı yığmaya qələbəni “Qarabağa”ın yarımmüdafiəçisi Əfran İsmayılovun vurduğu qol qazandırıb.
0