Premyer Liqada Torres, İsveçdə İbrahimoviç
18.11.2008 - 17:51
Premyer Liqada Torres, İsveçdə İbrahimoviç
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın “İnter” klubunda çıxış edən Zlatan İbrahimoviç İsveç futbolunun tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, istedadlı hücumçu üçüncü dəfə vətəninin ən yaxşı futbolçusu seçilib.

“Tarixə düşdüyümü hiss edirəm. Bu mükafatı üçüncü dəfə alan ilk futbolçu olduğuma görə fəxr hissi keçirirəm. Bunun sonuncu olmayacağına inanıram” – deyə İbrahimoviç sevincini bölüşüb.

Bu arada isə “Liverpul”un ispan hücumçusu Fernando Torres Premyer Liqanın ən yaxşı futbolçusu adına layiq görülüb. Torres İngiltərədə debüt mövsümünü 33 qolla qeyd edib.
0