Albaniya milli komandamıza uduzacaq
18.11.2008 - 18:40
Albaniya milli komandamıza uduzacaq
Bakı - APA-Sport. Sabah Tofiq Bəhramov adına Respublika stadionunda Albaniyanı qəbul edəcək Azərbaycan yığması qələbə qazanacaq. “APA-Sport”un İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub. On gün ərzində saytımızı 1256 nəfər ziyarət edərək, “noyabrın 19-da Bakıda Azərbaycan və Albaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü necə nəticələnəcək” sualını cavablandırıblar.

Respondentlərin 52,31 faizi (657 nəfər) Berti Foqtsun rəhbərlik etdiyi kollektivin qalib gələcəyini bildirib. Müsabiqəyə qatılanların 408 nəfəri oyunun heç-heçə başa çatacağını düşünürlər. Yalnız 101 nəfər (8 faiz) yığmamızın məğlub olacağı variantını seçib. 90 nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
0