“Xəzər Lənkəran” – “Qarabağ” görüşünün başlanma vaxtı dəyişdirildi
19.11.2008 - 11:26
“Xəzər Lənkəran” – “Qarabağ” görüşünün başlanma vaxtı dəyişdirildi
Bakı – APA-Sport. Bazar günü Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” görüşünün başlanma vaxtı dəyişdirilib. “APA-Sport”un məlumatına görə, oyunu canlı yayınlamaq niyyətində olan AzTV-nın xahişini nəzərə alan “Xəzər Lənkəran” rəhbərliyi matçı nəzərdə tutulduğu vaxtdan iki saat gec başlamağa qərar verib.
Qeyd edək ki, öncədən qarşılaşmanın saat 16:00-da başlayacağı planlaşdırılmışdı.
0