“Marsel” azərbaycanlı futbolçunu istəyir
19.11.2008 - 11:48
“Marsel” azərbaycanlı futbolçunu istəyir
Bakı - APA-Sport. Fransa çempionatında ilk azərbaycanlı futbolçu oynaya bilər. “APA-Sport”un məlumatına görə, bu şərəfə “Qalatasaray”ın və Türkiyə yığmasının müdafiəçisi, əslən azərbaycanlı Sərvət Çətin nail olmaq üzrədir. 27 yaşlı futbolçunun xidmətində “Marsel” klubu maraqlıdır.

“Qalatasaray”ın sabiq baş məşqçisi Erik Geretsin çalışdırdığı “Marsel”in arxa xəttində problemlər mövcuddur. Gerets müdafiədəki boşluqları Sərvətin sayəsində doldurmaq niyyətindədir. Baş məşqçinin fikri ilə klub prezidenti Pape Dyuf da razılaşıb. “Marsel” rəsmiləri Çətinin meneceri ilə gələn həftə görüşərək, mümkün transferin detallarını müzakirə edəcəklər.

Qeyd edək ki, bu ili yayında azərbaycanlı futbolçunu İngiltərənin “Portsmut” klubu 6 milyon avro müqabilində heyətə cəlb etmək istəsə də, rədd cavabı almışdı.


0