Kamran Ağayevə kiçik təsəlli
19.11.2008 - 13:28
Kamran Ağayevə kiçik təsəlli
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək “Xəzər-Lənkəran” – “Qarabağ” oyununda hər iki komandanın heyətində itkilər olacaq. “APA-Sport”un məlumatına görə, zədə üzündən Aleksandr Qoqoberişvili ağdamlılara, Denis Silva isə meydan sahiblərinə kömək edə bilməyəcək. Bu futbolçulardan başqa, Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev də turun mərkəzi görüşündə forma geyinməyəcək. Cənub təmsilçisinin rəisi Səməd Mustafayevin sözlərinə görə, anasının vəfatı ilə bağlı “Xəzər-Lənkəran”ın məşqlərindən kənarda qalan qapıçının yoxluğunda oyundaşları qələbəyə köklənib: “Kamranın ailəsində baş vermiş kədərli hadisə tam təsirsiz ötüşə bilməzdi. Amma bütün futbolçularımız “Qarabağ”la oyunda qələbəyə köklənib. Bu qələbəni Kamran və onun ailəsinə həsr etməliyik”.
0