Lippert Zaqatalaya 26 futbolçu aparacaq
19.11.2008 - 15:41
Lippert Zaqatalaya 26 futbolçu aparacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippertin Zaqataladakı təlim-məşq toplanışına 26 futbolçu aparacaq. Bunlar Murad Qəmbərov, Anar Məhərrəmov, Nicat İbrahimov, Əkrəm Əhmədoğlu, Nağı Əhmədov, Kazım Kazımlı, Müşfiq Teymurov, Elçin Muradov, Samir Mirzəli, Murad Qurbanov, Boqdan Stolyarenko, Ceyhun Cabbarov, Sabir Ramazanov, Azad Fəzullayev, Zaur Həsənov, Tural Maksimov, Taleh Haqverdiyev, Mehdi Mehdiyev, Nurlan Qurbanov, Həsən Allahyarov, Məhəmməd Bədəlbəyli, Nicat Qurbanov, Rəşad Eyyubov, Cavid Ulubəyli, Ceyhun Həsənov və Fərid Quliyevdir.
Zaqataladakı hazırlıq prosesi noyabrın 20-dən 28-dək keçiriləcək.
Qarşıdakı təlim-məşq toplanışı (U-17) Avropa çempionatına hazırlığın bir mərhələsidir. Qitə birinciliyinin ikinci mərhələsinə yüksələn Lippertin komandasının növbəti sınağı gələn il olacaq. Yığmamızın ikinci mərhələdəki rəqibləri gələn ayın 4-də keçiriləcək püşkatmada müəyyənləşəcək.
0