Belkeviç məşqçiliyə hazırlaşır
25.12.2008 - 17:22
Belkeviç məşqçiliyə hazırlaşır
“Valentin Belkeviçin komandamıza keçidi gündəmdə deyil”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın yüksək liqasında mübarizə aparan “Lvov” klubunun baş məşqçisi Sergey Kovalets deyib. 12 il Kiyev “Dinamo”sunda oynayan Belkeviçin Ukraynaya qayıtması gündəmdən düşmür. 35 yaşlı belaruslu yarımmüdafiəçinin adı “Arsenal”, “Vorskla” klublarının ardınca “Lvov” klubunun da ətrafında hallanır. Ancaq Kovalets Belkeviç variantını yaxın buraxmayıb: “Valentinin Bakının “İnter” klubu ilə müqaviləsi var. Buna görə də onun Lvovda peyda olmasından hələ ki söhbət gedə bilməz. Hərçənd, Belkeviç məşqçilik kursunda təhsil almasına baxmayaraq, hələ futbol oynamaq istəməsi hiss olunur”.

Qeyd edək ki, “Dinamo”da çıxışı ilə tanınan Kovalets hazırda Belkeviçlə birgə Kiyevdə kurs yoldaşıdır. Onlar məşqçilik təhsilinin artırılması ilə 30 nəfərin qatıldığı kursu sabah bitirəcəklər. Bundan sonra “İnter”in futbolçusu A kateqoriyalı məşqçi olması ilə bağlı Avropa diplomuna sahib çıxacaq.
0