Saşa Yunisoğlu “Qarabağ”da?
04.01.2009 - 23:25
Saşa Yunisoğlu “Qarabağ”da?
Polşa “Poloniya”sından ayrıldıqdan sonra azad agent statusuna malik Saşa Yunisoğlunun “Qarabağ”a keçəcəyi gündəmdədir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi yanvarın 7-dən etibarən baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. Qurbanov Saşa ilə hal- əhval tutduğunu gizlətməyib: “Onunla söhbətim olub. Söhbət əsnasında harada olduğunu, nə işlə məşğul olduğunu, karyerasını harada davam etdirəcəyi barədə soruşmuşam. Amma sırf təklif etməmişəm”.

Saşa Yunisoğlu isə “Qarabağ”a keçmək ehtimalının olduğunu, lakin son qərarını verməyə tələsmədiyini söyləyib: “Qurbanovla söhbət etmişəm. Hazırda azad agent statusuna malik oyunçuyam. Demək olar ki, elitanın bütün təmsilçilərindən təklif almışam. Amma son qərar verməyə tələsmirəm. Çünki xarici klublarda oynamaq ehtimalım var”.
0