Azərbaycan milli komandası Özbəkistanla görüşəcək
08.01.2009 - 18:21
Azərbaycan milli komandası Özbəkistanla görüşəcək
Azərbaycanın futbol üzrə milli komandasının Birləşmiş Ərəb Əmirliklərində keçirəcəyi təlim-məşq toplanışında qarşılaşacağı rəqiblərdən biri məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmamız Dubay şəhərində baş tutacaq hazırlıq prosesi zamanı Özbəkistanla yoldaşlıq görüşü keçirəcək.

Bununla bağlı Özbəkistan Futbol Federasiyası ilə ilkin razılıq əldə olunub. Oyunun yeri və vaxtı isə hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan və Özbəkistanın əsas yığmaları indiyədək 7 dəfə görüşüb. Bu yoldaşlıq matçlarının 4-də qalib gələn milli komandamız 2-də uduzub, 1-də heç-heçə edib. Topların fərqi bizim xeyrimizədir - 10:9.
0