MTZ-RİPO azərbaycanlı futbolçudan imtina etdi
08.01.2009 - 19:48
MTZ-RİPO azərbaycanlı futbolçudan imtina etdi
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışa hazırlaşan Belarusun MTZ-RİPO klubu yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Belarusun 21 yaşlılardan ibarət milli komandası ilə qarşılaşmada azərbaycanlı futbolçular da çıxış edib.

3:3 hesablı heç-heçə bitən görüşdə Elmar Xeyirovla Arzu Nəsibov ikinci hissədə meydana çıxıb. Minsk təmsilçisinin məşqçilər korpusu digər həmyerlimiz, baxışda olan Emil Rəhimli ilə bağlı da qərar verib. Belə ki, həvəskarlardan ibarət Beyləqanın “Femida” komandasının 22 yaşlı hücumçusunu bu oyunda sınamağa belə ehtiyac duymayan MTZ-RİPO futbolçunu geri qaytarıb.
0