“İnter” “Spartak”a qalib gəldi
08.01.2009 - 22:53
“İnter” “Spartak”a qalib gəldi
Bakının “İnter” klubu bu gün Türkiyənin Antalya şəhərində növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu İordaniya yığmasına dünənki məğlubiyyətin əvəzini Nalçik “Spartak”ından çıxıb. Belə ki, dünən iordaniyalılara uduzan Valentin Xodukinin komandası Rusiya təmsilçisi üzərində qələbə qazanıb – 2:1.
Xatırladaq ki, bakılılar ilk yoxlama görüşündə Hollandiyanın “Omniuorld” klubunu üstələmişdi – 1:0.
0