Milli komandamız özbəklərlə fevralın 1-də qarşılaşacaq
09.01.2009 - 11:10
Milli komandamız özbəklərlə fevralın 1-də qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandasının Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşünün vaxtı dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına məlumatına görə, matç fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq.

Berti Foqtsun rəhbərlik etdiyi kollektiv yanvarın 27-dən fevralın 12-dək Dubayda təlim-məşq toplanışında olacaq. Özbəklərlə qarşılaşmadan başqa, yığmamızın daha iki yoldaşlıq görüşündə qüvvəsini sınaması planlaşdırılıb.
Qeyd edək ki, Dubay toplanışı dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 28-də Rusiyaya qarşı keçiriləcək oyuna hazırlıq xarakteri daşıyır.
0